Məhsul haqqında ətraflı məlumat
HALLBAR konteynerləri müxtəlif növ tullantıların çeşidlənməsi üçün nəzərdə tutulub. Bu konteyner konserv qutuları, həmçinin gigiyenik məhsullar kimi kiçik qablaşdırmalar üçün uyğundur. Burada həmçinin kağız rulonları və ya alış-veriş çantalarını da saxlamaq olar.
HALLBAR konteynerləri məkana qənaət etmək üçün üst-üstə yığıla bilir. Eyni ölçülü konteynerləri bir-birinin üzərinə qoya bilərsiniz, həmçinin kiçik konteynerləri böyüklərin üstünə yerləşdirmək mümkündür.
Konteynerləri evin istənilən otağında ayrıca qoya bilərsiniz, yaxud onları şkaf və ya siyirmənin daxilinə yerləşdirə bilərsiniz.
Qapaq dəstə daxildir; yumaq üçün və ya konteyneri qapaqsız istifadə etmək istədikdə onu asanlıqla çıxarmaq olar.
HALLBAR sürüşgən çərçivəsini və ya dayağını MAXIMERA hündür siyirməsinə quraşdıraraq, konteynerlərin sabit dayanmasını və onlardan rahat istifadəni təmin edə bilərsiniz.
Paketə daxil olan stikeri zibil qutusunun üzərinə yapışdıraraq çeşidlənəcək tullantı növünü qeyd edə bilərsiniz. Stikerin üzərinə qutuya nələr atıla biləcəyini çəkin və ya yazın.
Yumru küncləri sayəsində konteynerləri təmizləmək daha asandır.
Katlanan dəstəyi sayəsində daşımaq çox rahatdır.
Üst kənarındakı halqa zibil torbasının sabit qalmasını təmin edir və torba kənardan görünmür. Konteyneri yumaq üçün və ya torbasız istifadə etmək istədikdə bu halqanı çıxarmaq olar
Dizayner
Henrik Preutz
Faydalı məlumat
Qapaq paketə daxildir.
Material:
Zibil qutusu/ Qapaq/ İncis (petlə)/ Halqa: Polipropilen (min. 50% təkrar emal edilmiş material)
Dəstək: Möhkəmləndirilmiş poliamid plastik (min. 20% təkrar emal edilmiş material)
Baxım
Təmiz, quru parça ilə qurulayın.
Su ilə isladılmış yumşaq parça ilə silin.
Ehtiyac olduqda, aşındırıcı olmayan yuyucu vasitə və ya sabun istifadə edin.
Ölçülər:
Alt xarici ölçü, dərinlik: 11.7 sm
Alt xarici ölçü, eni: 16.6 sm
Üst xarici ölçü, dərinlik: 16.2 sm
Üst xarici ölçü, eni: 20 sm
Hündürlüyü: 17.1 sm
Həcmi: 3 lt