Məhsul haqqında ətraflı məlumat
HALLBAR konteynerləri müxtəlif tullantıların çeşidlənməsi işləri üçün uyğundur. Bu konteyner üyüdülmüş qəhvə, meyvə və tərəvəz qabıqları kimi quru və nəm üzvi tullantılar üçün nəzərdə tutulub.
Havanın dövr etməsini, rütubətin buxarlanmasını təmin edən və qoxunu minimuma endirən relyefli dibi və dəlikləri sayəsində bu konteyner üzvi zibillər üçün çox idealdır.
HALLBAR konteynerləri məkana qənaət etmək üçün üst-üstə yığıla bilir. Eyni ölçülü konteynerləri bir-birinin üzərinə qoya bilərsiniz, həmçinin kiçik konteynerləri böyüklərin üstünə yerləşdirmək mümkündür.
Konteynerləri evin istənilən otağında ayrıca qoya bilərsiniz, yaxud onları şkaf və ya siyirmənin daxilinə yerləşdirə bilərsiniz.
HALLBAR sürüşgən çərçivəsini və ya dayağını MAXIMERA hündür siyirməsinə quraşdıraraq, konteynerlərin sabit dayanmasını və onlardan rahat istifadəni təmin edə bilərsiniz.
Mətbəxdə qida tullantılarını atmağın daha rahat olması üçün konteyneri gəmiyə (moykaya) mümkün qədər yaxın yerləşdirmək məsləhətdir.
Qapaq dəstə daxildir; yumaq üçün və ya konteyneri qapaqsız istifadə etmək istədikdə onu asanlıqla çıxarmaq olar.
Yumru küncləri sayəsində konteynerləri təmizləmək daha asandır.
Katlanan dəstəyi sayəsində daşımaq çox rahatdır.
Paketə daxil olan stikeri zibil qutusunun üzərinə yapışdıraraq çeşidlənəcək tullantı növünü qeyd edə bilərsiniz. Stikerin üzərinə qutuya nələr atıla biləcəyini çəkin və ya yazın.
Dizayner
Henrik Preutz
Material:
Zibil qutusu/ Qapaq/ İncis (petlə): Polipropilen (min. 50% təkrar emal edilmiş material)
Dəstək: Möhkəmləndirilmiş poliamid plastik (min. 20% təkrar emal edilmiş material)
Baxım
Təmiz, quru parça ilə qurulayın.
Su ilə isladılmış yumşaq parça ilə silin.
Ehtiyac olduqda, aşındırıcı olmayan yuyucu vasitə və ya sabun istifadə edin.
Ölçülər:
Alt xarici ölçü, dərinlik: 14.7 sm
Alt xarici ölçü, eni: 20.1 sm
Üst xarici ölçü, dərinlik: 21.2 sm
Üst xarici ölçü, eni: 26.3 sm
Hündürlüyü: 32.6 sm
Həcmi: 10 l