ASKHOLMEN – Məhsul haqqında ətraflı məlumat
Məhsul ekoloji mənbələrdən əldə olunmuş, möhkəm və bərpa olunan akasiya ağacından hazırlanıb.
Masa və stullar qatlandığı üçün saxlanma zamanı az yer tutur.
Mebel yarımşəffaf moril ilə işlənib. Bu, davamlılığı artırır və ağacın təbii teksturasını daha aydın göstərir.
ASKHOLMEN seriyasının bağ mebellərini ehtiyaclarınıza uyğun kombin edərək açıq havada istirahət, yemək və ünsiyyət üçün rahat bir məkan yarada bilərsiniz.
Daha rahat oturuş üçün stulu yastıqla tamamlayın.
Faydalı məlumat
4 nəfərlikdir.
Açıq havada istifadə üçün tövsiyə olunur.
KUDDARNA (32x36 sm), FRÖSÖN/DUVHOLMEN və ya KLÖSAN (36x32 sm) stul yastıqları ilə tamamlanır.
Yastıqlar ayrıca satılır.
Dəstə daxildir:
Masa: uzunluq 143 sm, en 75 sm, hündürlük 73 sm
Stul: en 36 sm, dərinlik 49 sm, oturacaq eni 36 sm, oturacaq dərinliyi 30 sm, oturacaq hündürlüyü 46 sm, ümumi hündürlük 87 sm
Material:
Akasiya masivi
Akril moril
Qulluq qaydası:
Taxta bağ mebelinin istismar müddətini uzatmaq üçün onu təmiz saxlamaq, zəruri olmadıqda açıq havada saxlamamaq və mütəmadi olaraq moril ilə işləmək tövsiyə olunur.
Təmizlik: Yumşaq sabunlu məhlul istifadə edin, sonra təmiz və quru parça ilə qurulayın.
Səthin solmasının, örtüyün çatlamasının və nəmin ağacın içinə keçməsinin qarşısını almaq üçün mebeli ildə ən azı bir dəfə moril ilə yenidən işləmək məsləhətdir.
Mebel quru və sərin məkanda saxlanılmalıdır.
Açıq havada saxlanıldıqda suya davamlı örtükdən istifadə edin. Yağış və qar sonrası düz səthlərdəki su və qar təmizlənməlidir. Hava sirkulyasiyası təmin olunmalıdır.
Ölçülər:
Uzunluq: 143 sm
En: 75 sm