ASKHOLMEN IKEA Bağ kreslosu, tünd qəhvəyi

ID 505.356.84
279.90 AZN
Səbətə əlavə et Əldə: 0 əd.
Rahat kreslo möhkəm ağac materialdan hazırlanıb və qollar üçün rahat dayağa malikdir. Bağda uzun axşam yeməkləri üçün ideal seçimdir. Kresloları üst-üstə yığmaq mümkündür – növbəti yaya qədər və ya çoxlu qonaq gələnə qədər rahatlıqla saxlanıla bilər.

50535684,stul,oturacaq,bağ,mebel,kreslo,стул,дача,сад,кресло

Məhsul haqqında ətraflı məlumat

Mebel yüksək sıxlığa malik, təbii və möhkəm material olan akasiya ağacından hazırlanıb.
Rahat qoltuqaltıları olan dayanıqlı bağ kreslosu sizə açıq havada sakit nahar etməyə və ya kitab oxumağa imkan yaradır.
Oturma rahatlığını artırmaq üçün kreslonu yastıqla tamamlaya bilərsiniz.
ASKHOLMEN seriyasına aid bağ mebellərini ehtiyaclarınıza uyğun kombin edərək açıq havada istirahət, yemək və ünsiyyət üçün rahat zona yarada bilərsiniz.
Bir neçə kreslo həmişə əlinizin altında olacaq və çox yer tutmayacaq — çünki onlar üst-üstə yığıla bilir.
Ekoloji mənbələrdən əldə edilmiş, davamlı və bərpa olunan akasiya ağacından hazırlanıb.
Mebel yarı-şəffaf morilka ilə işlənib. Bu, onun möhkəmliyini artırır və ağacın təbii teksturasını vurğulayır.

Dizayner
Andreas Fredriksson

Faydalı məlumat

Yastıqlar ayrıca satılır.
Açıq havada istifadə üçün tövsiyə olunur.
Aşağıdakı oturacaq yastıqları ilə tamamlamaq mümkündür:
KUDDARNA (32x36 sm)
FRÖSÖN/DUVHOLMEN
KLÖSAN (36x32 sm)

Material və qulluq

Material:
Masiv akasiya, akril morilka

Qulluq qaydaları:
Taxta bağ mebelinin istismar müddətini uzatmaq üçün onu təmiz saxlamaq, lazım olmadıqda açıq havada saxlamamaq və mütəmadi olaraq morilka ilə işləmək tövsiyə olunur.

Yumşaq sabunlu məhlul ilə təmizləyin və quru parça ilə silin.
Səthin solmasının, çatlamasının və nəmin ağaca daxil olmasının qarşısını almaq üçün mebeli ildə ən azı bir dəfə morilka ilə yenidən işləmək məsləhətdir.
Ən yaxşısı quru və sərin məkanda saxlamaqdır. Açıq havada saxlanıldıqda suya davamlı örtük istifadə edin.
Yağış və qar sonrası düz səthlərdə toplanan su və qarı təmizləmək lazımdır. Havanın sərbəst dövranı təmin olunmalıdır.

Ölçülər:

Maksimal yük: 110 kq
En: 59 sm
Dərinlik: 56 sm
Hündürlük: 82 sm
Oturacaq eni: 43 sm
Oturacaq dərinliyi: 43 sm
Oturacaq hündürlüyü: 41 sm

Əldə yoxdur Təəssüf ki, bu məhsul əldə yoxdur. Səbətə əlavə etmək mümkün deyil. dən