ASKHOLMEN IKEA Bağ üçün qatlanan masa + 4 stul, tünd qəhvəyi

ID 895.300.39
999.90 AZN
Səbətə əlavə et Əldə: 0 əd.
ASKHOLMEN bağ mebeli rahat yastıqlarla birlikdə məsuliyyətlə idarə olunan meşə təsərrüfatlarından əldə edilmiş möhkəm akasiya ağacından hazırlanıb. Həqiqi yaşıl istirahət guşəsi yaratmaq üçün seriyanın digər məhsulları ilə tamamlaya bilərsiniz.

Садовая,дача,мебель,стол,стул,masa,stol,stul,oturacaq,akasiya,bağ
Məhsul haqqında ətraflı məlumat

Ekoloji mənbələrdən əldə edilmiş möhkəm və bərpa olunan akasiya ağacından hazırlanıb.
2 qatlanan masa səthi masanı 2–4 nəfər üçün uyğun ölçüdə tənzimləməyə imkan verir.
Dairəvi masa forması daha çox qonağın rahat yerləşməsinə şərait yaradır.
Daha rahat oturuş üçün stul yastığı ilə tamamlaya bilərsiniz.
ASKHOLMEN seriyasının bağ mebellərini ehtiyaclarınıza uyğun kombinə edərək açıq havada istirahət, yemək və ünsiyyət üçün rahat məkan yarada bilərsiniz.
Mebel yarımşəffaf morilka ilə işlənmişdir. Bu, davamlılığı artırır və ağacın təbii teksturasını vurğulayır.

Faydalı məlumat

Açıq havada istifadə üçün tövsiyə olunur.
2–4 nəfər üçün nəzərdə tutulub.
Yastıqlar ayrıca satılır.
KUDDARNA (32x36 sm), FRÖSÖN/DUVHOLMEN və ya KLÖSAN (36x32 sm) stul yastıqları ilə tamamlamaq olar.

Material

Akasiya massivi, akril morilka

Qulluq

Mebel (Bağ üçün qatlanan masa + 4 stul):
Taxta bağ mebelinin xidmət müddətini uzatmaq üçün onu təmiz saxlamaq, zərurət olmadıqda açıq havada saxlamamaq və mütəmadi olaraq morilka ilə işləmək lazımdır.
Yumşaq sabunlu məhlul istifadə edin və sonra təmiz, quru parça ilə silərək qurulayın.
Səthin solmasının, örtüyün çatlamasının və nəmin ağaca hopmasının qarşısını almaq üçün mebeli mütəmadi olaraq (məsələn, ildə bir dəfə) morilka ilə işləmək tövsiyə olunur.
Mebeli quru və sərin məkanda saxlamaq məsləhətdir. Açıq havada saxlanılarkən suya davamlı örtükdən istifadə edin. Yağış və qar sonrası düz səthlərdəki suyu və qarı təmizləyin. Hava dövranını təmin edin.

Yastıq (Bağ üçün qatlanan masa + 4 stul):
Əl ilə yuma, maksimum 40°C.
Ağardıcı istifadə etməyin.
Qurutma maşınında qurutmayın.
Ütüləməyin.
Kimyəvi təmizləmə etməyin.
Bağ yastığının xidmət müddətini uzatmaq üçün onu mütəmadi təmizləyin. İstifadə olunmadıqda quru və sərin məkanda, xüsusi çanta və ya saxlama qutusunda saxlayın. Saxlamazdan əvvəl tam qurudulduğuna əmin olun.

Ölçülər

Masanın min. uzunluğu: 37 sm
Masanın uzunluğu: 72 sm
Masanın maks. uzunluğu: 106 sm
Masanın eni: 70 sm
Masanın hündürlüyü: 71 sm
Stulun eni: 36 sm
Stulun dərinliyi: 49 sm
Stulun hündürlüyü: 87 sm
Əldə yoxdur Təəssüf ki, bu məhsul əldə yoxdur. Səbətə əlavə etmək mümkün deyil. dən