Peşəkar istifadə üçün uyğundur.
Söykənəcəyin torlu materialı havanın dövranını təmin edir ki, uzun müddət əyləşdikdə belə rahat olasınız.
Bu üzlük iplikdən boyanmış Vissle poliester parçasından hazırlanıb. İkirəngli effektə malik möhkəm və hamar materialdır.
Bu erqonomik ofis kreslosu bir çox funksiyalara malikdir ki, bu da onu öz parametrlərinizə asanlıqla uyğunlaşdırmağa imkan verir.
Bel nahiyəsi üçün dayaq — düzgün duruşu qorumaq və belin aşağı hissəsinə düşən yükü azaltmaq üçündür.
Sinxron yellənmə funksiyası — geriyə söykəndiyiniz zaman sizinlə birlikdə hərəkət edir, qan dövranını yaxşılaşdırmaq üçün bud və bədən arasındakı bucağı artırır.
Təhlükəsizlik funksiyası — təkərlər stuldan istifadə olunmadıqda bloklanır ki, o, bir yerdə sabit qalsın.
Dizayner
Henrik Preutz
KOLON döşəmə qoruyucu örtüyü ilə tamamlana bilər.
Tənzimlənən oturacaq hündürlüyü.
Yellənmə funksiyasının əllə tənzimlənməsi.
Yellənmə mexanizmi.
Sinxronlaşdırılmış yellənmə mexanizmi.
Yellənmənin kilidlənməsi.
Bel nahiyəsində dayaq.
Material:
Söykənəcək karkası/ Qolaltı karkası/ Söykənəcək tirciyi:
Polad, Epoksi/poliester toz boya örtüyü
Qolaltı yastığı:
Polipropilen, Sintetik kauçuk
Dolğu:
Poliuretan köpük 35 kq/kub.m
Oturacaq karkası:
Çoxqatlı yapışdırılmış şpon
Çarpaz dayaq:
Alüminium, Epoksi/poliester toz boya örtüyü
Astar:
100% poliester
Parça:
100% poliester (min. 90% təkrar emal olunmuş material)
Qulluq
Çıxarılmayan üzlük
Sadə ləkələri parça təmizləyicisi vasitəsilə və ya su və yaxud zəif sabunlu məhlulla nəmləndirilmiş süngərlə çıxarmaq olar.
Karkası yumşaq sabunlu məhlulla silin.
Təmiz quru parça ilə qurulayın.
Çəki və ölçülər:
Sınaqdan keçirilib: 110 kq
Eni: 62 sm
Dərinlik: 60 sm
Min. hündürlük: 129 sm
Maks. hündürlük: 140 sm
Oturacağın eni: 53 sm
Oturacağın dərinliyi: 47 sm
Oturacağın min. hündürlüyü: 46 sm
Oturacağın maks. hündürlüyü: 57 sm