KORTLINJE IKEA Zəngli saat, hiqrometr/termometr ilə, qırmızı, 18x6x7 sm

ID 906.204.68
137.90 AZN
Səbətə əlavə et Əldə: 0 əd.
Parlaq rəngi, piksel displeyi və retro üslublu dizaynı sayəsində həm də dəbli dekorativ element rolunu oynayan saat. Eyni zamanda o, havanın temperaturu və rütubət dərəcəsinin göstərilməsi də daxil olmaqla bir çox faydalı funksiyalara malikdir.

90620468,saat,elektron,часы,электронные,будильник,budilnik
Retro dizayn Parlaq rəng və piksel rəqəmlər interyerə dəbli retro ab-hava qatır
Otaq iqlimi nəzarətdə Temperatur və rütubət göstəriciləri rahat mikroiqlim yaratmağa kömək edir
USB-C ilə işləyir USB-C kabeli dəstə daxildir, adapter ayrıca satılır

Məhsul haqqında ətraflı məlumat

Saat təkcə vaxtı göstərməklə kifayətlənməyib digər faydalı funksiyalara da sahib olduqda telefondan asılılıq xeyli azalır. Ekran qarşısında daha az vaxt keçirmək isə əhval-ruhiyyəyə müsbət təsir edir!
Ekrandakı piksel rəqəmlər və saatın öz dizaynı interyerə dəbli retro ab-hava qatır.
İki fərqli zəng vaxtı təyin edə bilərsiniz — bu, bir vaxtda oyanmaq, digər vaxtda isə işə çıxmaq istədikdə çox rahatdır. Beləliklə, telefondakı zəngli saatdan istifadə etməyə ehtiyac qalmayacaq.
5 dəqiqədən bir siqnalın təkrarlanması funksiyası (snooze) bir az daha mürgüləməyinizə imkan verəcək.
Displeydəki böyük, işıqlı rəqəmlər sayəsində vaxtı saatdan uzaq məsafədə olsanız belə aydın görə bilərsiniz.
Saat ekranda eyni anda yalnız bir növ məlumatı əks etdirir — iri və aydın şəkildə. Məlumatlar arasında keçid saatın üst panelindəki düyməyə basmaqla asanlıqla həyata keçirilir.
Saatın üst panelindəki düyməni qısa basaraq ekrandakı məlumatı dəyişin. Yaxud avtomatik göstərmə rejimi üçün düyməni basılı saxlayın — bu halda ekrandakı məlumat hər bir neçə saniyədən bir növbələnəcək.
Saatdakı temperatur və rütubət göstəricilərinə əsasən otaqda rahat mikroiqlim yaratmaq üçün isitmə sistemini tənzimləyə, hava nəmləndiricisi və ya quruducusunu işə sala bilərsiniz.
Rəqəmlər üçün üç parlaqlıq səviyyəsindən birini seçə bilərsiniz, həmçinin otağın tam qaranlıq olması üçün onları tamamilə söndürmək mümkündür. Parlaqlıq saatın üst panelindəki düymə ilə asanlıqla tənzimlənir.
Ekranda vaxtın əks olunması üçün 12 və ya 24 saatlıq format seçə bilərsiniz.

Dizayner
Su Liu

Saat şəbəkəyə USB-C kabeli (dəstə daxildir) vasitəsilə qoşulur. Elektrik kəsildiyi təqdirdə vaxt və zəngli saat parametrlərini yaddaşda saxlamaq üçün 2 ədəd AAA batareyadan istifadə edilə bilər (dəstə daxil deyil), lakin onlar saatın tam işləməsini təmin etməyəcək.
Batareyalar ayrıca satılır. IKEA LADDA HR03 AAA 1,2 V 750 mAh təkrar doldurulan batareyaları tövsiyə edir (2 ədəd tələb olunur).
USB-C adapteri ilə tamamlamaq lazımdır. IKEA sürətli enerji yığma texnologiyalı və USB-C portlu SJÖSS adapterini tövsiyə edir.

Material:
Saatın korpusu/ Alt hissə/ Düymə: ABS plastik (min. 50% təkrar emal edilmiş material)
Qoruyucu şüşə: Polikarbonat

Qulluq
Toz təmizləyici fırça ilə təmizləyin.

Ölçülər:
Hündürlük: 6 sm
Dərinlik: 6.5 sm
Uzunluq: 18 sm

Əldə yoxdur Təəssüf ki, bu məhsul əldə yoxdur. Səbətə əlavə etmək mümkün deyil. dən